Bir neçə ay əvvəl kanadalılardan ölkənin növbəti ümumi seçkilərində kimin qalib gələcəyini soruşsaydınız, çoxu Mühafizəkarlar Partiyasının həlledici qələbəsini proqnozlaşdırardı. Lakin Bu nəticə indi o qədər də qəti görünmür.
ABŞ Prezidenti Donald Trampın Kanadaya qarşı təhdidlərindən sonra Baş nazir Castin Trüdonun Liberal Partiyası anketlərdə yüksələrək Mühafizəkar rəqiblərinin 2023-cü ilin ortalarından bəri davamlı olaraq saxladığı ikirəqəmli liderliyi azaldıb.
Ölkənin siyasi mənzərəsindəki dramatik dəyişiklik Trump-ın tarifləri və Kanadanı "51-ci əyalət" etmək üçün təkrar çağırışlarının Kanada seçicilərinin prioritetlərini necə kökündən dəyişdirdiyini əks etdirir.
Ottava Universitetinin politologiya professoru Luc Turgeon qeyd edir ki, Trampın ritorikası 20 Yanvarda andiçmə mərasimindən əvvəl kanadalıları düşündürən “bütün digər məsələləri kənara atıb”.
O hətta dekabr ayından bəri təsdiq reytinqi 12 pillə yüksələn bir vaxtlar çox populyar olmayan Trudeau-nu canlandıra bilib. Baş nazir, təbii ki, ilin əvvəlində istefa verdiyini elan edərək, hakimiyyətdə daha uzun müddət qalmayacaq.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva