1. Venesiya əsasən piyada şəhəridir. Çoxsaylı kanallar üzərindəki dar küçələrdə və körpülərdə inamla getmək üçün ətraflı çap edilmiş xəritə almaq daha yaxşıdır.
2. Birdəfəlik vaporetto səfərləri üçün artıq ödəniş etməmək üçün bir, üç və ya yeddi günlük bilet almaq daha rahatdır. Biletə bu günlərdə vaporettoda limitsiz səyahət daxildir.
3. Büdcə ilə Venesiyanın görməli yerlərini ziyarət etmək üçün istədiyiniz tarifi və pulsuz giriş üçün muzey və kafedralların siyahısını seçərək Venezia Unica abunəsi ala bilərsiniz.
4. Əgər Venesiyanın tarixi mərkəzində qalmaq, eyni zamanda pula qənaət etmək istəyirsinizsə, səfərləriniz üçün qeyri-turizm mövsümünü - noyabrdan fevral ayına qədər seçmək daha yaxşıdır.
5. Əsas turist küçələrindən uzaqda, "özünüz üçün" kafedə büdcəyə uyğun yemək yeyə bilərsiniz. Supermarketlərdə tez-tez ərzaq məhsullarına endirimlər olur və çoxlu hazır yeməklər var - sadəcə onları mikrodalğalı sobada qızdırmaq kifayətdir.
6. İçməli suyu xüsusi fontanlardan doldurmaq olar.
7. Kafedə barda bir fincan kofe içmək masadakından xeyli ucuz olacaq.
8. Gəzmək üçün ən yaxşı vaxt səhər tezdən, küçələrin turistlərdən azad olduğu və səhərin laqunu isti bir işığa boyadığı vaxtdır.
9. Yayda Venesiyada tətil üçün rahat ayaqqabılar,qışda isə rezin çəkmələr faydalıdır. Hazırda burada yağışlı mövsümdür və şəhərin mərkəzi və Müqəddəs Mark Katedralinin yaxınlığındakı meydan su altındadır.
10. Siesta, hər bir İtaliya şəhərində olduğu kimi venesiyalılar üçün ayrılmaz bir qaydadır. Buna görə də kafedə naharı saat 13:30-dan əvvəl və ya 17:00-dan sonra planlaşdırmaq daha yaxşıdır.
11. Romantik bir gondol qayıq gəzintisi daha kiçik bir qrup götürməklə daha sərfəli edilə bilər. Qondolda adətən altı oturacaq var. Son xərc bütün sərnişinlər arasında bölünə bilər.
12. Yemək götürüb kilsələrin, muzeylərin və ya memarlıq abidələrinin pilləkənlərində (məsələn, Müqəddəs Mark meydanında) otura bilməzsiniz. Buna görə cərimə oluna bilərsiniz.
Mənbə: dzen.ru
Tərcümə etdi: Fatimə Umarbəy