Aİ-nin aparıcı ölkələri Qəzzanın 53 milyard dollara (41 milyard funt sterlinq) başa gələcək və fələstinlilərin ərazidən köçürülməməsi üçün ərəblərin dəstəklədiyi bərpa planını dəstəklədiklərini bildiriblər.
Misir tərəfindən hazırlanmış və ərəb liderləri tərəfindən təsdiqlənmiş bu plan İsrail və Qəzza zolağını “Yaxın Şərq Rivierası”na çevirmək baxışını təqdim edən ABŞ prezidenti Donald Tramp tərəfindən rədd edilib.
Şənbə günü Fransa, Almaniya, İtaliya və İngiltərənin xarici işlər nazirləri Qəzzanın beş il ərzində yenidən qurulmasını nəzərdə tutan bu planı "real" adlandıraraq alqışlayıblar.
Onlar verdikləri bəyanatda bu təklifin Qəzza xalqının "fəlakətli həyat şəraitinin sürətli və davamlı şəkildə yaxşılaşdırılmasını" vəd etdiyini bildiriblər.
Mənbə: BBC news
Tərcümı Gülçin Abdullayeva