Bu gün:

SpaceX-in Starship raketi ikinci test uçuşunda nəzarətdən çıxıb


Cümə axşamı günü həyata keçirilən test uçuşu zamanı SpaceX-in Starship raketi orbitə çatmadan nəzarətdən çıxaraq uğursuzluğa düçar olub. Bu, ardıcıl ikinci dəfədir ki, raket kritik problemlə qarşılaşır.

Federal Aviasiya Administrasiyası (FAA) təhlükəsizlik tədbiri olaraq Florida ştatındakı böyük hava limanlarında uçuşları müvəqqəti dayandırıb və bəzi reysləri yayındırıb. FAA SpaceX-dən insidentlə bağlı rəsmi araşdırma aparmasını tələb edib.

SpaceX Starship-i Super Heavy gücləndiricisi ilə buraxıb və uçuşun ilk səkkiz dəqiqəsində hər şey normal görünüb. Lakin səkkiz dəqiqə doqquz saniyə keçdikdən sonra Starship-in bir neçə Raptor mühərrikini itirdiyi müşahidə edilib. Göyərtədən yayımlanan görüntülərdə raketin nəzarətdən çıxaraq okeanın üzərində fırlanmağa başladığı əks olunub.

Qeyd edək ki, Starship raketi SpaceX-in gələcək kosmik missiyalar üçün əsas layihələrindən biri hesab olunur və şirkət bu uğursuzluqların səbəbini araşdıracağını bildirib.

Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə


Paylaş
Şərh əlavə et