Bu gün:

Türkiyə reaksiya verdi: Yunanıstandan son anda geri addım


Yunanıstan Egeydə Türkiyə ilə yeni gərginliyə səbəb ola biləcək təxribatdan son anda geri addım atdı. Krit adası ilə Rum tərəfi arasında sualtı elektrik kabellərinin çəkilməsi layihəsi dayandırılıb.

Türkiyənin reaksiyasına səbəb olan layihə ilə bağlı Yunanıstan geri addım atıb. Afina icarəyə götürdüyü İtalyan kabel çəkmə gəmisi ilə Krit və Yunan Kiprləri arasında sualtı elektrik kabellərini çəkməyi planlaşdırmışdı. Lakin layihə çərçivəsində Türkiyənin Egey dənizinin cənubundakı dəniz yurisdiksiyasını əhatə edən bölgədə yaxın günlərdə həyata keçirilməsi planlaşdırılan işləri dayandırıb.

Afinada yayılan xəbərlərə görə, layihəni 1,4 milyard avroya boynuna götürən Fransız Neksans şirkətinə ödənişlər dondurulub. Krit adasında gözləyən italyan gəmisi planlaşdırdığı işləri yerinə yetirmədən çərşənbə günü Siciliyaya yola düşüb.Türkiyə reaksiya verdi

Yunanıstan mətbuatının yazdığına görə, Türkiyənin reaksiyası nəzərə alınaraq layihə bu mərhələdə dayandırılıb. Katimerini qəzeti, "Yunanıstan hökuməti Neksans şirkətinə ödənişləri dondurmaqla Türkiyə maneəsini əlavə maliyyə yükü olmadan aşmaq üçün vaxt qazanmaq istəyir. Hökumət Fransa, ABŞ və İsrailin açıq şəkildə layihəyə dəstək verməsini təmin etməyə çalışacaq" yazıb.Ötən ilin iyulunda eyni layihə çərçivəsində Yunanıstan Türkiyədən icazə almadan İtaliya gəmisinin bölgədə işləməsinə icazə verməyə cəhd edib. Bölgəyə 5 döyüş gəmisi göndərən Türkiyə həm İtaliya gəmisini, həm də onu müşayiət edən 2 Yunan döyüş gəmisini təqib edib. İtalyan gəmisinin Türkiyədən icazə istəməsi ilə gərginlik bitib.

Mənbə:Cnn türk

Tərcümə etdi:Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et