Bu gün:

Həmas: Tərəflər atəşkəs üzrə danışıqların ikinci mərhələsi üçün təmasları davam etdirirlər


Hamas sözçüsü: Vasitəçi ölkələr İsraili atəşkəsin ikinci mərhələsi üzrə danışıqlara başlaması üçün təzyiq altında saxlayır. 

Həmasın sözçüsü Hazim Qasım vasitəçi ölkələrin İsrail hökumətini Qəzzədə atəşkəs razılaşmasının ikinci mərhələsinə dair danışıqlara başlamağa məcbur etmək üçün diplomatik səylərini davam etdirdiyini bildirib.


Qasım atəşkəs prosesi və İsrailin Baş naziri Benyamin Netanyahunun çəkinməyə çalışdığı atəşkəsin ikinci mərhələsinə dair danışıqlarla bağlı açıqlama verib.


Misir, Qətər və ABŞ-nin vasitəçi roluna toxunan Həmas rəsmisi bildirib: “Vasitəçilər atəşkəs razılaşmasının qalan mərhələlərinin icrasını təmin etmək və işğalçı İsraili razılaşmanın ikinci mərhələsi üzrə danışıqlara başlamağa məcbur etmək üçün diplomatik təmaslarını davam etdirirlər".


Qasım vurğulayıb ki, “Həmas razılaşmanın bütün mərhələlərinə sadiqliyini təsdiq edir” və vasitəçilərin səyləri nəticəsində İsrailin razılaşmanın qalan hissəsini yerinə yetirməsinin gözlənildiyini qeyd edib.


Ağ Ev sözçüsü Karolin Livitt ABŞ-nin Qəzzədə girov saxlanılan amerikalıların azad edilməsi üçün Həmasla birbaşa danışıqlar apardığına dair iddiaları təsdiqləyib.


Qəzzədə 19 yanvarda qüvvəyə minən atəşkəs və girov mübadiləsi razılaşmasının birinci mərhələsi 1 martda başa çatıb. İsrail Baş naziri Netanyahunun 3 fevralda başlanmalı olan razılaşmanın ikinci mərhələsi üzrə danışıqları əngəllədiyi bildirilir.


İsrail Baş Nazirlik Ofisi 2 martda verdiyi açıqlamada Netanyahunun Qəzzə zolağına hər növ humanitar yardımın girişinin dayandırılmasına qərar verdiyini bəyan edib. Netanyahu atəşkəs və girov mübadiləsi razılaşmasının ikinci mərhələsinə keçmək əvəzinə, birinci mərhələnin Ramazan ayının sonuna qədər uzadılmasını tələb edib.


Mənbə: TRT Haber

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et