Bu gün:

İki dil bilmək demensiyanı gecikdirir


Bu gün demans (qocalıq) bütün dünyada milyonlarla insana təsir edən və mütərəqqi koqnitiv pozğunluğa səbəb olan bir xəstəlik kimi önə çıxır. Yaddaş itkisi, qərar vermə qabiliyyətinin zəifləməsi və gündəlik işləri yerinə yetirməkdə çətinlik kimi əlamətlərlə özünü göstərən demensiya xüsusilə yaşlı əhali arasında böyük bir sağlamlıq probleminə çevrilib. Bununla belə, elm adamları bu prosesi yavaşlatmağın, hətta gecikdirməyin yollarının ola biləcəyini deyirlər. Yeni araşdırmalara görə, ikinci dil öyrənmək demensiyanı illərlə gecikdirə bilər!

Elm aləmində çoxdan məlum olan bir həqiqət var: İki dildə danışan insanlarda demans əlamətləri yalnız ana dilində danışanlardan orta hesabla 5 il gec görünməyə başlayır. Bəs niyə? Bu sualın cavabı McGill Universitetində aparılan son araşdırmada MRT görüntüləmə üsulları ilə daha aydın şəkildə ortaya çıxıb.


Mütəxəssislər bildirirlər ki, ikinci dildə danışmaq beynin həcmini artıraraq koqnitiv ehtiyat yaradır. İdrak ehtiyatı beynin qocaldıqca və ya xəstəliklə mübarizə apararkən daha möhkəm olmasına imkan verən bufer mexanizmi kimi müəyyən edilir. Yəni, ikidilli fərdlərin beyinləri daha böyük və daha möhkəm olur, bu da demansın təsirini gecikdirir.


İkinci dil beyni necə qoruyur?


Araşdırmalar göstərib ki, ikidilli insanların beyninin dil mərkəzlərində daha çox hüceyrə var. Bundan əlavə, öyrənmə, yaddaş və duyğularla əlaqəli beyin bölgələri də artan həcm göstərib. Mütəxəssislərin fikrincə, beyin kiçilməyə başlayanda belə, ikidilli insanların beyni alternativ yollar yaradaraq məlumat əldə etməyə davam edə bilir. İki dil arasında keçid qərar vermə, problem həll etmə və diqqət etmə bacarıqlarını gücləndirir. Beyin davamlı olaraq bir dildən digərinə keçərək onu əzələ kimi işlədir və onu daha möhkəm edir. Demans Altsheymer kimi neyrodegenerativ xəstəliklər nəticəsində baş verir və hazırda qəti bir müalicə yoxdur. Bununla belə, tədqiqat göstərir ki, bəzi həyat tərzi dəyişiklikləri ilə bilişsel geriləməni gecikdirmək mümkün ola bilər. İkinci dil öyrənmək bu dəyişikliklərdən biridir!


York Universitetindən professor Ellen Bialystok deyir: "İkidilli olmaq demensiyanın qarşısını tamamilə ala bilməsə də, onun başlanğıcını illərlə gecikdirə bilər". Tədqiqatlar göstərib ki, ikidilli fərdlər demans əlamətləri göstərməyə başladıqdan sonra daha sürətli enişlə qarşılaşa bilərlər. Lakin bu proses çox gec başladığı üçün xəstələr və onların ailələri üçün böyük üstünlük verir. Alimlər sübut ediblər ki, ikinci dil öyrənmək beyni gücləndirir və demensiyanı gecikdirir. Yeni bir dil öyrənmək təkcə ünsiyyəti yaxşılaşdırmaqla yanaşı, beyin hüceyrələrini daha elastik hala gətirərək yaşlanma prosesini də ləngidir. Xülasə, yeni dil öyrənmək psixi sağlamlığınızı qorumaq və daha güclü beyinlə gələcəyə hazırlaşmağın ən təsirli yollarından biri ola bilər!


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli


Paylaş
Şərh əlavə et