Bu gün:

Dünyanın ilk ev heyvanı telefonu təqdim edildi


PetPhone adı altında hazırlanan dünyanın ilk ev heyvanı smartfon modeli, telefona bənzəməsə də, heyvanları özündə birləşdirib.

Gənclər, yaşlılar və uşaqlar üçün smartfonlar haqqında danışdıqca həyatımıza başqa bir kateqoriya daxil olur. Ev heyvanları üçün hazırlanmış ilk smartfon MWC 2025 sərgisində təqdim edilib. Gözlənildiyi kimi, ikitərəfli əlaqə mövcuddur.

PetPhone nədir?

 Yarmarkaya GlocalMe təşəbbüsü ilə gətirilən PetPhone , ev heyvanınızın boynuna asılacaq ölçüdədir. GPS, Wi-Fi və Bluetooth əlaqə texnologiyalarına sahib olan telefonda şirkət tərəfindən CloudSIM adlı eSIM-ə bənzər modul da var.

İstifadəçilər davamlı olaraq ev heyvanlarını izləyə və onların sağlamlıq vəziyyəti haqqında məlumat ala bilərlər. İkitərəfli ünsiyyətdə telefon heyvanın narahatlığını müəyyən edir və əvvəlcədən müəyyən edilmiş səslər çıxararaq onu sakitləşdirməyə çalışır. Və ya istifadəçi diqqətini cəlb etmək üçün heyvana zəng edə bilər. Axtarış heyvanın müəyyən hərəkətləri ilə də avtomatik başlana bilər. PetPhone üçün hələlik heç bir qiymət açıqlanmayıb. 

Mənbə: donanimhaber

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et