The Wall Street Journal qəzetinin məlumatına görə, Çin şirkətləri ABŞ-nin ixrac məhdudiyyətlərinə baxmayaraq, Nvidia-nın yeni nəsil Blackwell çiplərini əldə etməyə davam edir. Bildirilir ki, bu çiplər Malayziya, Tayvan və Vyetnamda yerləşən üçüncü tərəf vasitəçiləri vasitəsilə Çinə tədarük olunur.

Məlumata görə, adıçəkilən ölkələrdəki alıcılar çipləri öz istifadələri üçün alsalar da, müəyyən hissəsini Çin şirkətlərinə yenidən satırlar.
Xatırladaq ki, ABŞ-nin keçmiş prezidenti Co Bayden, vəzifəsini tərk etməzdən bir həftə əvvəl Çinə və digər bəzi ölkələrə süni intellekt çiplərinin ixracına ciddi məhdudiyyətlər tətbiq etmişdi. O vaxt Nvidia bu məhdudiyyətlərin qlobal texnoloji inkişafa zərər vuracağını bildirmişdi.
Bununla yanaşı, Microsoft ötən həftə ABŞ-nin keçmiş prezidenti Donald Trampa müraciət edərək bu məhdudiyyətlərin yumşaldılmasını istəyib. Bildirilir ki, böyük texnologiya şirkətləri Çinin sürətlə inkişaf edən süni intellekt bazarına daxil olmaqda maraqlıdır.
Digər tərəfdən, Çin hökuməti öz süni intellekt tədqiqatçılarına ABŞ-ə səfər etməməyi tövsiyə edib.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
