Dünyanın ən böyük aysberqi kimi tanınan “A23a” Atlantik okeanında Böyük Britaniyada bir adada quruya çırpılıb.

BBC-nin məlumatına görə, peyk görüntüləri dünyanın ən böyük aysberqi kimi tanınan “A23a”nın hazırkı vəziyyətini ortaya qoyub.
Müvafiq olaraq, A23a qurudan 80 km aralıda South Georgiya adasının sahillərindəki dayaz kontinental şelfə dəyib və quruya ilişib qalıb.
Böyük miqdarda qida maddəsi olan aysberqin parçalanaraq əridiyi zaman okeanda həyatın partlamasına səbəb ola biləcəyi iddia edilir.
Böyük Britaniyanın Milli Qütb Araşdırmaları İnstitutunun "British Antarctic Survey" eksperti Prof. "Nadine Johnston", "Bu, boş bir səhranın ortasına qida bombası atmağa bənzəyir" deyib.
Cənubi Georgiya hökumətinə məsləhət verən ekoloq Mark Belçier "Əgər o parçalansa, nəticədə yaranan aysberqlər yerli cərəyanlarda hərəkət edən gəmilər üçün təhlükə yarada və gəmilərin yerli balıqçılıq sahələrinə çıxışını məhdudlaşdıra bilər" deyə bildirib.
A23a-nın ən son hərəkətləri
1986-cı ildə Antarktika sahillərindən qoparaq Ueddell dənizində quruya oturan və 'buz adasına' çevrilən A23a, təxminən 40 il sonra, 2024-cü ildə yenidən aktivləşib.
Yazda nəhəng burulğanın içində qalan buzlaq şimala doğru sürüşməyə başlayıb.
Son elmi araşdırmada A23a-nın səth sahəsi təxminən 4 min kvadrat kilometr, qalınlığı isə təxminən 400 metr olaraq ölçülüb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fatimə Hüseynova
