
ABŞ-da daha bir kosmos səfəri yeni cığır açıb. Yanvarın 15-də Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) və Firefly Aerospace adlı özəl aviasiya şirkəti tərəfindən orbitə buraxılan Blue Ghost kosmik gəmisi bu gün GMT vaxtı ilə 11.34-də Ayın səthinə eniş edib.
“Ghost Riders in the Sky” adlanan və tarixdə özəl şirkət tərəfindən həyata keçirilən ikinci kosmos missiyası ABŞ-ın Texas ştatındakı kosmik mərkəzdən həyata keçirilib. Təxminən 2 həftədir ki, Ay ətrafında dövr edən Blue Ghost-un bugünkü enişi zamanı idarəetmə mərkəzində və tamaşaçılar arasında böyük həyəcan yaşanıb.
Uğurlu əməliyyatdan sonra əməliyyata cavabdeh olan mühəndis uğurlu enişi deyib: "Sən bunu bacardın, biz Aydayıq!" elan edib. Firefly Aerospace tarixdə Aya tam uğurla eniş edən ilk özəl şirkət olub.
Kosmik gəminin içərisində Ayda müxtəlif missiyalarda istifadə olunacaq torpaq analizatorları, kompüterlər və naviqasiya testləri kimi 10 fərqli cihaz var.
Mənbə: ekonomim.com
Tərcümə etdi: Nazrin Humbat
