Amerika Birləşmiş Ştatlarında texnologiya şirkətləri müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) proqramlarını ləğv etməyə başlayıb. Səbəb kimi Tramp administrasiyasının hüquqi və siyasi təzyiqləri göstərilir.

Bir neçə həftə əvvəl ABŞ Baş Prokuroru Pam Bondi Ədliyyə Nazirliyinə özəl sektorda federal maliyyə alan şirkətlərdə qeyri-qanuni hesab edilən DEI proqramlarını araşdırmaq, ləğv etmək və cəzalandırmaq göstərişi verib. Bundan əlavə, keçmiş prezident Donald Tramp federal hökumətdə DEI-nin qadağan olunması haqqında sərəncam imzalayıb. Bu qərar Elon Musk tərəfindən dəstəklənib.
Hökumətin DEI əleyhinə siyasəti müxtəlif reaksiyalara səbəb olub. Məsələn, bir podratçı bildirib ki, NASA artıq "ətraf mühit ədaləti" və "xüsusi olaraq qadınlara yönəlmiş proqramlar" kimi terminləri sənədlərindən çıxarmağa başlayıb. Bundan əlavə, PBS öz DEI ofisini bağlamaq məcburiyyətində qalıb.
Bu addımlar DEI siyasətinin gələcəyi ilə bağlı geniş müzakirələrə səbəb olub.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
