Bu gün:

Musk-ın DOGE komandası hökumət işçilərini azaldır


Elon Musk-ın DOGE komandası, hökumət işçilərinin kütləvi şəkildə azaldılmasını sürətləndirmək üçün AutoRIF proqramının kodunu redaktə edir.

Müdafiə Nazirliyi tərəfindən hazırlanmış bu proqram illərdir müxtəlif agentliklər tərəfindən istifadə olunur.

Mənbələr AutoRIF-in yeni versiyasının ixtisarları daha da sürətləndirəcəyini və minlərlə federal işçinin işdən çıxarılmasına səbəb ola biləcəyini bildirir. Süni intellektin tətbiqi ilə işçilərin təhlükəsizliyi və vəzifə təminatı ciddi sual altına düşə bilər.

Mənbə: WIRED

Tərcümə etdi: Zeynəb Yunuszadə 


Paylaş
Şərh əlavə et