Birləşmiş Millətlər Təşkilatında (BMT) Rusiyanın Ukraynaya təcavüzünün üçüncü ildönümü ilə bağlı keçirilən səsvermədə ABŞ iki dəfə Rusiyanın mövqeyinə uyğun hərəkət edib və Tramp administrasiyasının müharibə ilə bağlı siyasətində dəyişiklik olduğunu nümayiş etdirib.

Birinci halda ABŞ Avropa ölkələri tərəfindən hazırlanan və Moskvanın hərəkətlərini pisləyən, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə layihəsinə qarşı çıxıb. Bu səsvermədə ABŞ Rusiya, Şimali Koreya və Belarus kimi ölkələrlə eyni mövqe sərgiləyib.
Daha sonra ABŞ BMT Təhlükəsizlik Şurasında münaqişəyə son qoymağa çağıran, lakin Rusiyaya qarşı tənqidi ifadələr ehtiva etməyən bir qətnamə layihəsi təqdim edib və ona səs verib. Təhlükəsizlik Şurası bu qətnaməni qəbul etsə də, ABŞ-nin əsas müttəfiqləri- Böyük Britaniya və Fransa mətnə düzəliş etmək cəhdlərinə veto qoyulduqdan sonra bitərəf qalıblar.
BMT qətnamələri Fransa prezidenti Emmanuel Makronun Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşü zamanı müzakirə edilib. Cümə axşamı isə Böyük Britaniyanın Baş naziri Ser Keir Starmer də yeni Amerika lideri ilə görüş üçün Vaşinqtona səfər edəcək.
Mənbə: BBC
Tərcümə etdi: Gülçin Abdullayeva
