Bu gün:

Dan Bongino FBI-nin direktor müavini təyin edilib


Birləşmiş Ştatlarda sağçı media sahəsində tanınan Dan Bongino Federal Təhqiqat Bürosunun (FBI) direktor müavini vəzifəsinə təyin edilib. Məlumatı keçmiş prezident Donald Trump Truth Social platformasında elan edib.

Bongino son on ildə mediada, xüsusilə sağçı platformalarda aktiv şəkildə fəaliyyət göstərib. O, Prezident Trump-a verdiyi açıq dəstək, həmçinin COVID-19, 2020 seçkiləri, eləcə də FBI ilə bağlı müxtəlif konspirasiya nəzəriyyələrinə qoşulması ilə tanınıb.

Bongino daha əvvəl FBI-nin hazırkı formada mövcud olmamalı olduğunu bəyan edib. Onun bu vəzifəyə təyin edilməsi isə ABŞ ictimaiyyətində müxtəlif reaksiyalara səbəb olub.



Mənbə:Techcrunch 

Tərcümə etdi:Zeynəb Yunuszadə


Paylaş
Şərh əlavə et