Figure şirkəti insan görünüşlü robotlar üçün yeni bir maşın öyrənmə modeli təqdim edib. Şirkətin qurucusu və sahibi Brett Adcock cümə axşamı "Helix" adlı modelin təqdimatını həyata keçirib.

Yeni model robotlara səsli əmrlərlə idarə olunmaq və görmə məlumatlarını emal etmək imkanı verir. Helix, "Görmə-Dil-Fəaliyyət" (VLA) modeli üzərində qurulub və Google DeepMind-ın RT-2 modeli kimi geniş dil modelləri ilə robotların öyrədilməsini hədəfləyir.
Bu addım, Figure-un OpenAI ilə əməkdaşlıqdan geri çəkilməsindən iki həftə sonra atılıb. Şirkət yeni texnologiyanın evdə və digər mühitlərdə robotların funksionallığını artıracağını bildirir.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
