Bu gün:

Altay Bayındırın zədəsi ilə bağlı son vəziyyət


Premyer Liqada "Everton"un qonağı olacaq "Mançester Yunayted" 3 futbolçusundan şad xəbər alıb.

"Mançester Yunayted"in texniki direktoru Ruben Amorim Altay Bayındırın son statusunu paylaşıb.

Premyer Liqada ən pis mövsümlərindən birini keçirən “Mançester Yunayted” yüksəlişə “Everton”a səfərdə qalib gəlməklə başlamaq istəyir.

Ötən həftə “Tottenhem”lə qarşılaşmada zədələnərək heyətini akademiya oyunçuları ilə tamamlamalı olan “Mançester Yunayted” “Everton”la oyun öncəsi üç addan şad xəbər alıb.

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim deyib ki, Kristian Eriksen, Leni Yoro və Manuel Uqarte zədələri sağaldıqdan sonra komandaya qayıtmağa hazırdırlar.

Mövsümün qalan hissəsində oynaması gözlənilməyən Amad Diallo, həmçinin Tobi Kolyer, Kobbi Maynu, Meyson Maunt və Lyuk Şou hələ də zədəlidir.

Komandadakı qapıçıların zədələri ilə bağlı Amorim, "Altay yaxşılaşır, Tom (Hiton) da yaxşılaşır.

Bu mövsüm "Mançester Yunayted"in heyətində 6 matçda iştirak edən Altay Bayındır 8 qol buraxıb. Milli qolkiper 2 matçda qapısını təmiz saxlayıb.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et