ABŞ-də aparılan yeni araşdırma, Elon Mask və Mark Zukerberq'ə olan ictimai baxışın daha çox mənfi yöndə olduğunu ortaya qoyub. Pew Araşdırma Mərkəzinin keçirdiyi sorğuya əsasən, amerikalılar bu iki texnologiya liderinə qarşı daha çox mənfi fikirdədirlər.

Son vaxtlar yüksək moda sahəsinə marağı ilə diqqət çəkən Meta şirkətinin rəhbəri Mark Zukerberq, Silikon Vadisində müzakirələrə səbəb olsa da, populyarlıq baxımından Elon Maskdan geridə qalır. Hesabata görə, ABŞ-də yetkinlərin təxminən 54%-i Mask haqqında mənfi fikirdədirsə, bu göstərici Zukerberq üçün 67%-ə çatmaqdadır.
Pew Araşdırma Mərkəzi bu sorğunu 27 yanvar - 2 fevral 2025-ci il tarixlərində 5,086 təsadüfi seçilmiş yetkin amerikalı arasında keçirib. Bu nəticələr insanların son dövrdəki düşüncələrini əks etdirir.
Məlumata görə, Mark Zukerberq özünü "zövqlü obraz" kimi təqdim etsə də, amerikalılar onun qızıl zəncirlərinə və musiqi sahəsindəki ambisiyalarına aldanmayıblar.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
