Kainatda gördüyümüz hər bir ulduz və hər qalaktika əslində milyardlarla il davam edən inanılmaz prosesin nəticəsidir. Bəs, bu möhtəşəm quruluşlar necə formalaşıb? Ulduzlar səmadakı ən parlaq işıqlar kimi görünsələr də, əslində çox daha mürəkkəb bir yaranma prosesi var. Eyni şəkildə, nəhəng qalaktikalar da ulduzların birləşərək əmələ gəlməsinin möhtəşəm nümunələridir.

Ulduzlar: Kosmik Ocaqlarda doğulub
Ulduzun doğulması qaz və toz buludunun dağılması ilə başlayır. Bu buludlar adətən hidrogen kimi əsas elementlərdən ibarətdir və cazibə qüvvəsinin təsiri altında sıxılmağa başlayır. Bu sıxılma zamanı qazlardakı atomlar sürətlə bir-birinə yaxınlaşır və nüvə sintezi başlayır. Birləşmənin başladığı an, o nəhəng qaz yığını ulduza çevrilir və işıq yaymağa başlayır.
Ulduz enerjisini bu şəkildə istehsal etdiyi üçün ətrafındakı qazları da qızdırır. Ulduzlar nə qədər böyükdürsə, bir o qədər sürətlə böyüyür və ömrü də bir o qədər qısa olur. Kütləvi ulduzlar bir neçə milyon il ərzində nüvə yanacağını tükəndirdikdə fövqəlnova partlayışlarında partlayaraq həyatlarını bitirirlər. Lakin bu partlayış həm də kainatın başqa yerlərində yeni ulduzların yaranmasına səbəb ola bilər.
Qalaktikalar: Ulduzların kütləvi konqlomerasiyası
Qalaktikalar kainatın ən böyük və ən təsir edici strukturlarıdır. Bu nəhəng sistemlər ulduzlar, qaz, toz və qaranlıq maddədən ibarətdir. Qalaktikanın yaranması ilk kainatda baş verir. Böyük partlayışdan sonra soyumuş qazlar və toz cazibə qüvvəsi sayəsində birləşərək böyük qaz buludları əmələ gətirib. Zaman keçdikcə bu buludlar birləşərək böyük ulduz qrupları ilə dolu qalaktikalar əmələ gətirirlər.
Qalaktika milyonlarla, hətta milyardlarla ulduzdan ibarətdir. Qalaktikalar zamanla bir-biri ilə toqquşa və birləşə bilər. Bu toqquşmalar yeni ulduzların yaranmasına və ya köhnə ulduzların sönməsinə səbəb olur. Eyni zamanda, qalaktikanın mərkəzində tez-tez superkütləli qara dəliklərə rast gəlinir ki, bu da qalaktikanın dinamikasına təsir göstərir.
Ulduzların və qalaktikaların təkamülü: Sonsuz çevrilmə
Ulduzlar yarandıqdan sonra onları təkamül prosesi gözləyir. Ulduzlar adətən ömürlərinin sonunda fövqəlnova partlayışlarında ölürlər, lakin bu partlayışlar kainatda yeni ulduzların yaranmasına yol açır. Qalaktikalar da oxşar şəkildə inkişaf edir. Toqquşmalar nəticəsində yeni qalaktikalar yaranır və ulduzlar ölür, lakin təkamül heç vaxt bitmir.
Kainatda sonsuz sayda ulduzlar və qalaktikalar
Ulduzlar və qalaktikalar kainatın ən heyranedici quruluşlarıdır və hər biri fərqli bir hekayə danışır. Hər bir ulduzun yaranması və hər qalaktikanın meydana gəlməsi kainatın nə qədər mürəkkəb və maraqlı olduğunu göstərir. Ulduzlar və qalaktikalar kainatdakı əbədi dövrənin bir hissəsidir və bu dövrədə hər şey bir-biri ilə bağlıdır.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
