Elon Musk və astronavt Andreas Mogensen Musk’ın NASA astronavtlarının Beynəlxalq Kosmik Stansiyada "siyasi səbəblərlə" saxlandığını iddia etməsindən sonra onlayn mübahisəyə başlayıblar. Musk bir müsahibəsində Biden administrasiyasının astronavtları uzun müddət kosmosda saxladığını və bu qərarın siyasi səbəblərlə verildiyini bildirib. Mogensen isə bu iddiaları təkzib edərək Musk-ı "axmaq" adlandırıb və "SpaceX-in onları bir neçə ay əvvəl geri gətirməsi mümkün idi" açıqlamasını edib.

NASA öz açıqlamasında kosmosdakı heyət dövriyyəsini təhlükəsiz şəkildə həyata keçirmək və insanlıq üçün faydalı uzunmüddətli missiyalara diqqət yetirmək niyyətində olduğunu bildirib. Kanadalı astronavt Chris Hadfield də mübahisəyə müdaxilə edərək: "Suni və Butch heç vaxt kosmosda 'tərk edilməmişdilər'. Onlar missiyaya tam hazırlıqlı və bağlıdırlar",-deyib.
Musk əvvəlki illərdə də Wilmore və Williams-in vəziyyətini siyasi bəyanatlar vermək üçün istifadə edib. NASA isə astronavtların qayıtmasının Crew-10 missiyası çərçivəsində baş tutacağını açıqlayıb və stansiyanı Ay və Mars missiyalarına hazırlıq üçün istifadə etməyi planlaşdırır. Musk isə Beynəlxalq Kosmik Stansiyasının orbitdən çıxarılmasını 2 il içində həyata keçirməyi təklif edir.
Mənbə: NBC News
Tərcümə etdi: Xavər Məmmədli
