Bu gün:

Elon Mask hökumət işçilərinin kredit kartına sərt məhdudiyyət qoyub


Elon Maskın rəhbərlik etdiyi "Hökumət Səmərəliliyi Departamenti" hökumət işçilərinin və podratçılarının istifadə etdiyi kredit kartlarına sərt məhdudiyyət tətbiq edib. 

Ümumi Xidmətlər Administrasiyası (GSA) və ən azı üç federal agentliyə aid olan kredit kartları üçün xərcləmə limiti isə cəmi 1 dollar müəyyən edilib.

Mənbələrin verdiyi məlumatlara əsasən, bu məhdudiyyətlər yaxın vaxtlarda bütün hökumət işçilərinə şamil edilə bilər. GSA tərəfindən yayımlanan daxili sənəddə bildirilir ki, "GSA SmartPay səyahət və alış-veriş kartları dərhal qüvvəyə minir və yalnız çox məhdud hallarda istifadəyə açıq olacaq". 

Bu addımın hansı məqsədlə atıldığı və gələcəkdə əlavə məhdudiyyətlərin tətbiq olunub-olunmayacağı isə qeyri-müəyyənlik təşkil etməkdədir.

Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et