Bu gün:

Böyük Britaniyada yaranan çuxur təşvişə səbəb olub


İngiltərənin cənubundakı bir şəhərin əsas küçələrinin bəzi hissələrinin yox olmasına səbəb olan böyük çuxurdan sonra sakinlər təxliyə edilib.


Surrey rəsmiləri çərşənbə axşamı Londondan təqribən 20 mil cənubda yerləşən qəsəbədəki Godstone High Street-də çuxurun açılmasından sonra böyük insident barədə məlumat veriblər.


30-a yaxın binanın sakinləri çökmə nəticəsində qaz borularının qopması və partlayışa səbəb ola biləcəyi qorxusu ilə təxliyə edilib.


Qızı, kürəkəni və nəvəsi təxliyə edilən Treysi Cons: "Bu sanki kabusdur. Dəhşətlidir",- deyib.


Mənbə: El Mundo


Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et