Bu gün:

ABŞ əsgəri AT&T və Verizon-un telefon qeydlərini oğurlayıb


Vaşinqton, 20 fevral (TechCrunch) – ABŞ ordusunun əsgəri Cameron John Wagenius, AT&T və Verizon telekommunikasiya şirkətlərinə haker hücumu edərək böyük həcmdə telefon qeydlərini oğurladığını etiraf edib.

Məhkəmə sənədlərinə əsasən, Wagenius "məxfi telefon qeydlərinin qeyri-qanuni ötürülməsi" ilə bağlı iki ittihamı qəbul edib. O, oğurladığı məlumatları onlayn platformalarda paylaşıb.

Polisin bildirdiyinə görə, Wagenius bu ittihamlara görə hər biri üçün 10 ilə qədər həbs və 250 min dollar cərimə ilə üzləşə bilər. O, ötən il həbs edilib və yanvar ayında rəsmi olaraq ittiham olunub.

Məlumata görə, Wagenius-un adı ABŞ-də baş verən digər kiberhücum işləri ilə də əlaqələndirilir. Prokurorlar onun Connor Moucka və John Binns adlı digər iki hakerlə birlikdə 2024-cü ilin ən böyük məlumat sızıntılarından biri olan Snowflake şirkətinə edilən hücumda iştirak etdiyini bildiriblər. Hadisə ilə bağlı isə istintaq davam edir.

Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə


Paylaş
Şərh əlavə et