Bu gün:

Misirdə 3500 illik firon məzarı aşkar edilib


Misirin Luksor şəhərində 18-ci Fironlar sülaləsinin padşahlarının sonuncu firon məzarının tapıldığını elan edib.

Misir Turizm və Qədim Əsərlər Nazirliyindən verilən yazılı açıqlamada, Qədim Əsərlər Ali Şurası ilə Yeni Dövlət Araşdırma Qurumunun Misir-İngiltərə müştərək arxeoloji missiyasının 3500 il əvvələ aid olan Kral II Tutmosun (e.ə. 1493-1481) məzarının üzə çıxarılmasına nail olduğu bildirilib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, bu, “Misirdə XVIII sülalə krallarının (təxminən m.ö. 1550/1549-1292) itirilmiş sonuncu məzarıdır”.

Nazirliyin açıqlamasında ifadələri yer alan Turizm və Qədim Əsərlər naziri Şerif Fəthi bunun "1922-ci ildə Kral Tutankhamonun məzarının tapılmasından sonra tapılan ilk kral məzarı" olduğunu bildirib.

Qədim Əsərlər Ali Şurasının baş katibi Məhəmməd Xalid də türbədən tapılan qabların bəzi hissələrində kral II Tutmosun, eləcə də onun həyat yoldaşı Hatşepsutun adının yazıldığını və bu yazıların məzarın sahibinin kimliyini təsdiqlədiyini qeyd edib.

Xalid bu kəşfi “son illərin ən mühüm arxeoloji kəşflərindən biri” adlandırıb.

Mənbə: TRT Haber
Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et