Müslümi İsrail xarici kəşfiyyat xidməti MOSSAD və ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatına (CIA) bağlı olan casusluq şəbəkəsinin mədəniyyət mərkəzlərində fəaliyyət göstərdiyini və xeyriyyə təşkilatlarından istifadə etdiyini ifadə edərək "onların məqsədi məlumat toplamaq və təsir şəbəkələri yaratmaq idi",-deyə qeyd edib.

Əməliyyat çərçivəsində aralarında əcnəbi vətəndaşların da olduğu şəxslərin həbs edildiyini bildirən Müslümi həbs edilənlərin milliyyəti və sayı ilə bağlı təfərrüatları açıqlamayıb.
Mənbə:Cnn türk
Tərcümə etdi:Çimnaz Həmzəliyeva
