Süni intellekt əsaslı geyilə bilən cihazlar istehsal edən Humane şirkəti HP tərəfindən 116 milyon dollara satın alındığını elan edib. Bununla yanaşı, startap AI Pin cihazlarının satışını dərhal dayandırdığını açıqlayıb.

Şirkətin yaydığı rəsmi məlumata görə, artıq AI Pin almış istifadəçilərin cihazları 28 fevral 2025-ci il, saat 12:00 PST-dən sonra işləməyəcək. Bu tarixdən sonra AI Pin-lər Humane-in serverlərinə qoşula bilməyəcək, zəng etmək, mesaj göndərmək, süni intellekt sorğularına cavab almaq və bulud xidmətlərindən istifadə imkanı tamamilə deaktiv ediləcək.
Humane istifadəçilərə şəkillərini və digər vacib məlumatlarını xarici cihazlara köçürməyi tövsiyə edib. Bundan əlavə, şirkət 28 fevral tarixində AI Pin üçün müştəri dəstək xidmətini də tamamilə bağlayacağını bildirib.
Mənbə:Techcrunch
Tərcümə etdi:Zeynəb Yunuszadə
