Bu gün:

Ukrayna prezidenti Zelenski Türkiyəni tərk edib


Ukrayna prezidenti Zelenski Türkiyəni tərk edib

Ukrayna prezidenti Vladimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra Ankaranı tərk edib.

Ötən gün Türkiyəyə gələn Zelenski və onu müşayiət edən nümayəndə heyətini daşıyan təyyarə Ankaradan yola düşüb.

Ticarət naziri Ömər Bolat Zelenskini və nümayəndə heyətini yola salıb.

Zelenskinin prezident Ərdoğanla Prezident Kompleksində təkbətək və heyətlərarası görüşləri təxminən 3 saat davam edib.

 Mənbə:Cnn türk 

Tərcümə etdi:Çimnaz Həmzəlieyava

Paylaş
Şərh əlavə et