Bu gün:

İsrail ordusu İordan çayının qərbində dağıntılara davam edir


İsrail ordusunun buldozerləri İordan çayının qərb sahilinin şimalında yerləşən Tülkerim qaçqın düşərgəsində fələstinlilərin evlərini sökməyə başlayıb.

Bildirilib ki, bu, İsrail ordusunun İordan çayının qərb sahilinin şimalına hücumundan sonra həyata keçirdiyi "ən böyük məhvetmə əməliyyatı"dır.

Tülkerim Qaçqın Düşərgəsi Xalq Komitəsinin sədri Faysal Selame verdiyi açıqlamada İsrail səlahiyyətlilərinin Tülkərim Qaçqınlar Düşərgəsində 16 evi yıxacaqlarını xəbərdar etdiyini bildirib.

İsrail ordusu yanvarın 21-dən başlayaraq İordan çayının qərb sahilinin şimalındakı şəhər və düşərgələrə, xüsusilə Cenin şəhəri və qaçqın düşərgəsinə hücumlarını davam etdirir.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ordusunun İordan çayının qərb sahilinin şimalında həyata keçirdiyi hücumlarda 56 fələstinli həyatını itirib.

Minlərlə fələstinlini didərgin salan hücumlarda fələstinlilərin evləri və mülkləri, eləcə də bölgədəki infrastruktur dağıdılıb.

7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və israillilərin hücumlarında 167-si uşaq olmaqla 917 fələstinli həyatını itirib, 7 minə yaxın insan isə yaralanıb.

Mənbə: TRT1 Haber

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et