Anthropic-in həmtəsisçisi və baş direktoru Dario Amodei, Parisdə keçirilən Aİ Action Summit tədbirindən sonra verdiyi açıqlamada, süni intellektin sürətlə inkişaf etdiyini və bu sahədə daha çox diqqət və təcili tədbirlərə ehtiyac olduğunu bildirib. O, tədbiri "əldən verilmiş fürsət" adlandıraraq, Aİ texnologiyasının gələcəyi ilə bağlı əsaslı müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.
Anthropic şirkəti tədbir çərçivəsində Fransız aparıcı Dust ilə birlikdə inkişafçılar üçün xüsusi bir görüş təşkil edib. TechCrunch, bu tədbirdə Dario Amodei ilə müsahibə aparıb. Amodei süni intellektin innovasiyası və idarə olunması mövzusunda nə tam optimist, nə də tam tənqidi olan üçüncü bir yanaşmanı müdafiə etdiyini bildirib.
O, açıqlamasında süni intellektin izah edilə bilməsi (interpretability) sahəsində yaxın aylarda ciddi irəliləyişlərin olacağını qeyd edib:
"Mən əvvəllər nevroelm sahəsində çalışırdım və əsas işim real beyinləri tədqiq etmək idi. İndi isə süni beyinləri araşdırırıq. Növbəti aylarda süni intellekt modellərinin necə işlədiyini daha yaxşı anlamağa imkan verəcək mühüm yeniliklər gözlənilir".
Anthropic CEO-su süni intellekt sahəsindəki sürətli inkişafın yeni iqtisadi və sosial imkanlar yaratmaqla yanaşı, ciddi risklər də daşıdığını vurğulayıb.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
