Yaponiya məşhur Kit Kat şokoladlarının yeni, qeyri-adi versiyasını təqdim edib. Bu dəfə şirkət suşidən ilhamlanan dadlarla məhdud sayda Kit Kat istehsal edib.

Bu kolleksiyada üç fərqli növ var: “Maguro” (ton balığı), “Uni” (dəniz kirpisi) və “Tamago” (yumurta). Lakin suşidən fərqli olaraq bu şokoladlarda, əslində, çiy balıq yoxdur. “Maguro” dadı moruq ləzzəti ilə, “Uni” mascarpone pendiri ilə, “Tamago” isə şirin balqabaq pudinqi ilə hazırlanıb. Hər biri xırtıldayan düyü əsasına yerləşdirilib və bu, onları suşiyə bənzədir.
Nestlé Japan fərqli Kit Kat ləzzətləri yaratmaqla tanınır. Yaşıl çaydan wasabi dadına qədər müxtəlif versiyalar təqdim edən şirkət, bu yeniliyi ilə Yaponiyanın həm suşiyə, həm də şirniyyata olan sevgisini qeyd etməyi hədəfləyir.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
