Bu gün:

Çinli qadın Tesla-ya qarşı iddia qaldırdı


Pekin, AP – Çində Zhang Yazhou adlı qadın Tesla Model 3 avtomobilinin əyləclərində nasazlıq olduğunu iddia edərək şirkətə qarşı məhkəmə iddiası qaldırıb. Lakin məhkəmə onun iddiasını əsassız hesab edərək, Tesla-nın böhtan iddiasında qalib olduğunu elan edib.

Hadisə 2021-ci ilin fevralında baş verib. Zhang, Tesla Model 3 avtomobilində sərnişin olub və iddiaya görə, əyləclərin düzgün işləməməsi nəticəsində qəza baş verib. Qəzadan sonra onun valideynləri dörd gün xəstəxanada müalicə alıb. Bundan sonra Zhang ictimai şəkildə Tesla-nı günahlandıraraq iddia qaldırıb.

Tesla isə ona qarşı böhtan iddiası ilə məhkəməyə müraciət edib. Çin məhkəməsi Zhang-ın Tesla-ya təxminən 23 min dollar təzminat ödəməsinə və ictimai şəkildə üzr istəməsinə qərar verib.

Tesla artan ictimai təzyiqlər səbəbilə, nəhayət, avtomobilin telemetriya məlumatlarını açıqlayıb. Məlumatlar avtomobilin əyləclərinin normal işlədiyini göstərib.

Hesabatda bildirilir ki, son dörd il ərzində Tesla Çində ən azı altı avtomobil sahibini maşınlarındakı mexaniki problemlərlə bağlı şikayət etdiklərinə görə məhkəməyə verib.

Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə



Paylaş
Şərh əlavə et