Bu gün:

Türkiyədə saxta bal istehsalı artmaqdadır


Türkiyə dünyanın ən böyük bal istehsalçılarından biridir. Ancaq getdikcə bal şəkər siropu və ya digər inqrediyentlərlə qarışdırılır və saxta bal demək olar ki, Avropada satılır. 

Ankara bu sənayenin mərkəzi olaraq görülür; istehsal müəssisələrinin əksəriyyəti orada yerləşir. Nazirlik bildirir ki, istehsalçılardan ikisi məhsullarını böyük supermarket şəbəkələri vasitəsilə paylayır.

Lakin ölkədə saxta bal istehsalının faktiki miqyası qeyri-müəyyən olaraq qalmasına baxmayaraq, sektor saxta türk balı səbəbindən böhranla üzləşir. Polis son aylarda ümumi dəyəri təxminən 25 milyon yevro olan saxta məhsulun bir neçə tonunu müsadirə edib.

Paytaxt Ankarada 2024-cü ilin sentyabrında keçirilən bir reyd zamanı 8150 ton qlükoza, fruktoza və şəkər, müxtəlif markalı ballar üçün 100.000 etiket aşkar edilib.

Saxta balın təkcə Türkiyə problemi olmadığını, buna baxmayaraq sənaye ilə məşğul olanlar vurğulayır. Ölkənin aparıcı bal istehsalçılarından biri olan Anavarza Balın idarəedici direktoru Can Sezen, "Çin və Avropada da saxta bal var" dedi. "Bunun yalnız Türkiyəyə təsir etdiyini iddia etmək haqsızlıq olardı. Yəni türklər bu cür məsələlərdə xüsusilə ixtiraçı olurlar".

Mənbə: dw.com
Tərcümə etdi: Nazrin Humbat

Paylaş
Şərh əlavə et