Perunun paytaxtı Limada daha bir qeyri-adi narkotik əməliyyatı keçirilib. Gəmirici heyvan olan kapibara kostyumu geymiş polis, xəbərin edildiyi evə basqın edib. Əməliyyat zamanı külli miqdarda narkotik vasitə ələ keçirilib.Kapibara maskot, gəmirici növü. Əlində bəzəkli hədiyyə paketi var.

Təqvimdə Sevgililər Günü ərəfəsində fevralın 14-ü göstərildiyi halda, Perunun paytaxtı Limada diqqət çəkən narkotik əməliyyatı həyata keçirilib.Limada bir evdə narkotik olması barədə məlumat alan Peru polisi kapibara qiyafəsi geyinərək evə basqın edib. Əllərində hədiyyə qutusu ilə evə gedən polislər qapı açılan kimi içəri giriblər.
Polis dərhal içəridəkiləri saxlayıb və evdə axtarış aparıb. O, çantada külli miqdarda narkotik aşkar edib.Əməliyyatı həyata keçirən Yaşıl Komanda Peru Milli Polisinin ixtisaslaşmış bölməsidir. Komanda tez-tez Sevgililər Günü, Halloween və Milad kimi qeyd etmələr zamanı agentlərini dəbdəbəli geyimlərdə kamuflyaj edir. Belə ki, maskalı insanların hədiyyələr payladığı bu günlərdə diqqət çəkmədən əməliyyatlarını tamamlaya bilir.
Mənbə: Cnn türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
