Fərqli qızılı tacı və incə qara ayaqları ilə Uqandada sevimli durna Şərqi Afrika dövlətinin bayrağı və gerbində əks olunub.

Ölkənin bütün milli idman komandaları da simvolik quşun adını daşıyır, lakin son illərdə təbiət mühafizəçiləri onu qorumaq üçün daha çox iş görülməsə, məhv olmaq təhlükəsi ilə üzləşə biləcəyini deyirlər.
Quş qanunla qorunur - bu quşu öldürdüyü aşkar edilənlər üçün ömürlük həbs və ya 20 milyard Uqanda şillinqi (5 milyon dollar; 4 milyon funt sterlinq) məbləğində cərimə nəzərdə tutulur.
Mənbə: BBC news
Tərcümə etdi: Səidə Abasova
