ABŞ-nin Texas ştatında fəaliyyət göstərən Apprtonik startapı, A Seriyası maliyyələşdirmə raundunda 350 milyon dollar topladığını elan edib. Şirkət humanoid robotlar üzərində çalışır və bu sahədə aparıcı şirkətlərdən birinə çevrilməyi hədəfləyir
Maliyyələşdirmə raunduna B Capital və Capital Factory rəhbərlik edib. Bundan əlavə, Google-un DeepMind bölməsi də bu investisiyada iştirak edərək, Apprtonik ilə insan görünüşlü robotlar üçün süni intellekt texnologiyalarının inkişafı sahəsində əməkdaşlığa başlayıb.
Şirkət bundan əvvəl cəmi 28 milyon dollar investisiya toplamışdı. Apprtonik-in baş icraçı direktoru Jeff Cardenas bildirib ki, indiyə qədər şirkətin əsas məqsədi maliyyələşdirmədən daha çox gəlir əldə etmək olub və onlar bu hədəfə nail ola biliblər.
Apprtonik-in gəliri əsasən Mercedes və GX0 Logistics kimi şirkətlərlə həyata keçirilən pilot layihələr və birbaşa robot satışı sayəsində formalaşıb. Lakin şirkət hazırda yenidən maliyyələşdirmə prosesinə ara verməyi planlaşdırır və diqqətini gəlirlərin artırılmasına yönəldəcək.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
