Bu gün:

İnstagram şərhlər üçün yeni funksiyanı sınaqdan keçirir


İnstagram şərhləri aşağı salmaq (downvote) və ya bəyənmədiyini bildirmək üçün yeni bir funksiyanı sınaqdan keçirdiyini açıqlayıb. TechCrunch platformasının məlumatına görə, istifadəçilər bu yeniliyi kəşf etdikdən sonra şirkət funksiyanın test mərhələsində olduğunu təsdiqləyib.Yeni düymə istifadəçilərə müəyyən bir şərhi bəyənmədiklərini və ya onun uyğun olmadığını bildirmək imkanı yaradacaq. Bu funksiya həm Feed, həm də Reels paylaşımlarında tətbiq ediləcək.

Instagram rəhbəri Adam Mosseri, Threads platformasında verdiyi açıqlamada, "bəyənmədim" düyməsinin statistikasının görünməyəcəyini və heç kimin hansı şərhin bəyənilmədiyini bilməyəcəyini bildirib. O əlavə edib ki, gələcəkdə bu düymə şərhlərin sıralanmasına təsir edə bilər.

Qeyd edək ki, keçən ay tətbiq tədqiqatçısı Alessandro Paluzzi İnstagram-ın bu funksiyanı sınaqdan keçirdiyini bildirmişdi. İndi isə şirkət bu yeniliyi rəsmi olaraq təsdiqləyib.

Meta şirkəti funksiyanın əsas məqsədinin şərh bölməsinin keyfiyyətini artırmaq olduğunu vurğulayıb.

Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə



Paylaş
Şərh əlavə et