Bu gün:

Raket buraxılışlarının 2025-ci ildə rekordu yoldadır!


2024-cü il kosmik sənaye üçün tarixi dönüş nöqtəsi olub. Ümumilikdə dünya üzrə 259 raket buraxılışı həyata keçirilib ki, bu da əvvəlki illərdən çoxdur. Orta hesabla hər 34 saatdan bir kosmosa bir raket göndərilib və son dörd ildə davam edən yüksəliş tendensiyası davam edir.


Bu yüksəlişin arxasında kommersiya peyk layihələri, hərbi müdafiə təşəbbüsləri və ölkələrin müstəqil kosmik proqramlara investisiyaları dayanır. Sənaye mütəxəssisləri 2025-ci ildə buraxılışların sayının daha da artacağını və yeni nəsil raketlərin tətbiqi ilə qlobal kosmik fəaliyyətlərin sürətlənəcəyini proqnozlaşdırırlar.


Aparıcı ölkələr


Kosmik sənayedə artım xüsusilə bəzi ölkələrin və şirkətlərin intensiv fəaliyyəti ilə dəstəklənib. SpaceX 2024-cü ildə 132 Falcon 9 buraxılışını həyata keçirməyə hazırlaşır ki, bu da dünya üzrə bütün buraxılışların yarıdan çoxunu təşkil edir. Bu missiyaların böyük bir hissəsi qlobal internetə çıxışı genişləndirmək məqsədi daşıyan Starlink layihəsinə yönəldilib.


Digər tərəfdən, hərbi peyk ötürülmələrində rekord artım qeydə alınıb. “ABŞ”ın hərbi layihələri üçün orbitə 100-dən çox peyk yerləşdirildi və Starshield adlı gizli peyk şəbəkəsi bu çərçivədə genişləndirilib. ABŞ kosmosda liderliyini qoruyub, ümumi buraxılışlar Çindən iki dəfə artıb.


Rusiya isə 2024-cü ilə qədər orbitə 98 peyk göndərməklə dəniz müşahidəsi və milli təhlükəsizliyə yönəlmiş layihələrə diqqət yetirib.


2025: Yeni raketlər və artan rəqabət


2025-ci ildə yeni raketlərin buraxılması ilə kosmik nəqliyyat sektorunda daha da aktiv olacaq.


“Blue Origin”in New Glenn raketi Amazonun Project Kuiper peyk internet layihəsində əsas rol oynayaraq uğurlu ilk uçuşunu tamamlayıb. Bu inkişaf “SpaceX”in Falcon 9 raketinə güclü rəqibin ortaya çıxdığını göstərir. Sierra Space şirkəti Dream Chaser kosmik təyyarəsini 2025-ci ilin mayında Vulkan raketi ilə Beynəlxalq Kosmik Stansiyaya göndərməyi planlaşdırır.

Rocket Lab 2025-ci ilin ortalarında Neytron raketinin ilk sınaq uçuşunu həyata keçirməyə hazırlaşır. Bu yeniliklər kosmik sektorda rəqabəti artıracaq və buraxılış sayının daha da artmasına səbəb olacaq.


2025-ci il kosmik sənayedə rekord buraxılışlar, artan rəqabət və böyük texnoloji irəliləyişlərlə yeni bir dövrün başlanğıcını qoymağa hazırlaşır.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et