TechCrunch-ın məlumatına görə, Elon Musk OpenAİ-nin qeyri-kommersiya missiyasını qoruyacağı və kommersiyalaşma prosesini dayandıracağı təqdirdə 97,4 milyard dollarlıq təklifini geri çəkməyə hazırdır.

Bu barədə ABŞ-nin Kaliforniyanın Şimal Dairəsi üzrə Dairə Məhkəməsinə təqdim olunan məhkəmə sənədində bildirilib. Musk-ın vəkilləri qeyd ediblər ki, təklif ciddi hesab olunur və OpenAİ-nin aktivləri “ədalətli bazar dəyərinə uyğun” bərpa edilməlidir.
Sənəddə vurğulanır ki, əgər OpenAİ-nin İdarə Heyəti xeyriyyə missiyasını qorumaq və kommersiyalaşmanı dayandırmaq öhdəliyi götürərsə, Musk təklifini geri çəkəcək. Əks halda, onun rəhbərlik etdiyi təşkilat OpenAİ-nin aktivlərini almaq üçün rəsmi təklif irəli sürəcək.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
