Bu gün:

İngiltərədən təəccüblü sorğu: Yalnız 11 faiz döyüşməyə hazırdır


İngiltərədən təəccüblü sorğu: Yalnız 11 faiz döyüşməyə hazırdır


İngiltərədə aparılan sorğuya görə, 18-27 yaş arası Z nəslinin yalnız yüzdə 11-i ölkələrini müdafiə etmək üçün silaha sarılmağa hazır olduqlarını bildirib.YouGov və Public First araşdırma şirkətlərinin "The Times" qəzeti üçün keçirdiyi sorğuda gənc nəslin əksəriyyətinin İngiltərə haqqında mənfi təsəvvürə malik olduğu üzə çıxıb.Rəyi soruşulanların 50 faizi İngiltərəni "irqçi ölkə" kimi xarakterizə edərkən, yalnız 40 faizi ölkəsi ilə fəxr etdiyini bildirib.Ölkənin birlik içində olduğuna inanan gənclərin nisbəti yüzdə 15 olaraq təyin olundu. 2004-cü ildə bu göstəricinin 60 faiz olduğu bildirilirdi.Sorğuda bildirilib ki, gənclərin 41 faizi heç bir şəraitdə vətənini müdafiə etmək üçün döyüşməyəcəklərini bildiriblərsə, bu göstərici 2004-cü ildə 22 faiz olub.Bundan əlavə, sorğuya əsasən, 18-27 yaş arasında olan Z nəslinin yalnız 11 faizi vətənlərini müdafiə etmək üçün silaha sarılmağa hazır olduqlarını bildiriblər.Sorğunun nəticələri göstərib ki, gənc nəslin ölkəyə baxışı əvvəlki illərlə müqayisədə xeyli dəyişib.

Mənbə:Cnn türk

Tərcümə etdi:Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et