Bu gün:

Çin uçan avtomobilini təqdim edib


Çin paylanmış elektrikli sürüş texnologiyasından istifadə edən uçan avtomobilini təqdim edib. "Kunpeng No.1" adlanan nəqliyyat vasitəsi 300 metr hündürlüyə qalxaraq 20 dəqiqə uça bilir. Avtomobilin havaya qalxması üçün maksimal çəki həddinin 500 kiloqram olduğu və yerdə hərəkət edərkən saatda maksimum 60 kilometr sürətlə gedə bildiyi bildirilib.

Southeast Universitetinin tədqiqatçıları ölkənin ilk elektrikli uçan avtomobilinin həm quruda, həm də havada hərəkət edə biləcəyini açıqlayıb. Çin Kommunist Partiyasının (ÇKP) rəsmi nəşri Global Timesın məlumatına görə, universitetin yaydığı açıqlamada bu texnologiyanın Çin üçün bir ilk olduğu vurğulanıb.

Bəyanatda avtomobilin əsas daşıyıcı kimi dron texnologiyası yerinə adi avtomobil konstruksiyasına əsaslandığı və bunun sayəsində quruda sürüş ilə uçuş arasında daha hamar keçid təmin edildiyi qeyd olunub.

Elektriklə işləyən avtomobil yüksək tutumlu batareyalarla təchiz edilib. Tədqiqatçılar uçuş müddətini iki saatdan çox artırmaq üçün çalışmalarını davam etdirirlər.

Mənbə: NTV

Tərcümə etdi: Nərgiz Orucova

Paylaş
Şərh əlavə et