Bu gün:

Misirdə orduya "ən yüksək hazırlıq" əmri verilib


Misir Müdafiə Naziri Əbdülməcib Səqr Silahlı Qüvvələrin müxtəlif şəraitdə onlara tapşırılan vəzifə və öhdəlikləri yerinə yetirə bilməsi üçün Üçüncü Sahə Ordusu heyətinin döyüş hazırlığını ən yüksək səviyyədə saxlamasını tələb edib.

Misir Ordusu sözçüsü polkovnik Qərib Əbdülhafizin verdiyi açıqlamada Üçüncü Sahə Ordusunun Səfərbərlik Komanda Mərkəzləri Layihəsinin əsas mərhələsinin Müdafiə Naziri Səqr, Baş Qərargah rəisi general-leytenant Əhməd Fəthi İbrahim Xəlifə və bir çox yüksək rütbəli komandirlərin iştirakı ilə keçirildiyi bildirilib.


Silahlı Qüvvələrin bölmələri və birlikləri üçün döyüş təlimi planı çərçivəsində həyata keçirilən əsas mərhələnin bir neçə gün davam etdiyi vurğulansa da, təlimin dəqiq yeri və müddəti açıqlanmayıb.


Açıqlamada qeyd edilib ki, Müdafiə Naziri Səqr layihənin əsas mərhələsini müşahidə edərkən Üçüncü Sahə Ordusu heyətinə döyüş hazırlığını ən yüksək səviyyədə saxlamaları barədə göstəriş verib. O, həmçinin təlimdə iştirak edən bəzi zabitlərlə onların vəzifələrinin icra üsulları, əməliyyat idarəetməsi zamanı yarana biləcək fövqəladə hallarla mübarizə apara biləcəkləri və ən uyğun qərarları necə qəbul edəcəkləri mövzusunda müzakirələr aparıb.


Mənbə: TRT Haber

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et