Avstraliyada hazırlanan Sİ modeli bioloji cinsi qiymətləndirməkdə insandan təxminən beş dəfə sürətlidir və təbii fəlakət, cinayət təhlili zamanı müstəntiqlərə kömək edə bilər.
Avstraliyanın milli elm agentliyi olan CSIRO insan kəllələrinin bioloji cinsiyyətini qiymətləndirməyə kömək etmək üçün qabaqcıl süni intellekt (SI) aləti hazırlayıb.
Süni intellekt aləti kəllə sümüklərinin dəqiq identifikasiyasını sürətləndirmək potensialına malikdir, məsələn, kriminal analiz və ağır təbii fəlakətlər zamanı nəticələrə sürətlə ehtiyac olduqda müstəntiqlərə dəstək olur.
Elmi Hesabatlarda dərc edilən nəticələr göstərir ki, SI aləti insan qiymətləndiriciləri tərəfindən istifadə edilən ənənəvi metodlarla əldə edilən 82 faiz dəqiqliyi əhəmiyyətli dərəcədə üstələyərək 97 faiz dəqiqliyə nail olub.
Alət Qərbi Avstraliya Universiteti (UWA) ilə əməkdaşlıqda hazırlanıb, onun məhkəmə antropologiya ekspertləri modelin işlənməsini dəstəkləmək üçün etiketli məlumatlar və domen bilikləri təqdim ediblər.
Mənbə: CSİRO
Tərcümə etdi: Səidə Abasova