
OpenAI WhatsApp-da ChatGPT süni intellekt köməkçisi üçün yeni yeniləməni elan etdi. İstifadəçilər indi köməkçi ilə təkcə yazmaqla deyil, həm də səsli mesajlar və fotolar paylaşmaqla əlaqə saxlaya biləcəklər.
OpenAI elan etdi ki, istifadəçilər artıq ChatGPT tərəfindən dəstəklənən WhatsApp söhbətlərində səsli mesajlar göndərə və şəkilləri birbaşa yükləyə bilərlər. ChatGPT WhatsApp istifadəçilərinə yalnız mətn vasitəsilə cavab verməyə davam edəcək. WhatsApp-da ChatGPT-ə daxil olmaq üçün kontaktlara 1-800-CHAT-GPT (1-800-242-8478) əlavə etməlisiniz. Xidmət veb əsaslı ChatGPT ilə eyni şəkildə işləyir, ChatGPT dəstəyi 2024-cü ilin sonunda WhatsApp-a əlavə edildi, lakin mətn əsaslı qarşılıqlı əlaqə ilə məhdudlaşdı. İstifadəçilərə tezliklə ChatGPT hesablarını əlaqələndirməyə icazə veriləcək (pulsuz, plus və ya pro).
Mənbə: donanimhaber.com
Tərcümə etdi: Nazrin Humbat
