Bu gün:

D.Tramp ABŞ vətəndaşlığını ləğv etmək istəyir


Prezident Donald Trampın ABŞ-də doğum yolu ilə vətəndaşlıq hüququnu ləğv etməyə dair sərəncamı mühacir ailələr arasında bir sıra hüquqi problemlərə və narahatlıqlara səbəb olub.

Təxminən 160 ildir ki, ABŞ Konstitusiyasına edilən 14-cü düzəliş ölkədə doğulan hər kəsin ABŞ vətəndaşı olması prinsipini təsbit edib.

Lakin Tramp, miqrantların sayını azaltmaq üçün həyata keçirdiyi repressiyalar çərçivəsində, ölkədə qeyri-qanuni yaşayan və ya müvəqqəti vizaya sahib olan miqrantların uşaqlarına vətəndaşlıq verməkdən imtina etməyə çalışır.

Görünür, bu addım cəmiyyət tərəfindən dəstək qazanır. Emerson Kollecinin keçirdiyi sorğuya görə, bu məsələdə Trampı dəstəkləyən amerikalıların sayı ona qarşı olanlardan daha çoxdur.

Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et