Bu gün:

D.Tramp xəzinədarlığı: Artıq “israf” qəpiklər zərb edilməyəcək


ABŞ-nin Maliyyə Naziri Scott Bessent-ə ABŞ Prezidenti Donald Tramp Truth sosial media hesabında verdiyi açıqlamada bir sentlik qəpiklərin zərb edilməsini dayandırmağı tövsiyə edib. 

Tramp bu addımı xərclərin azaldılması tədbiri kimi təsvir edərək yazısında, "Gəlin, böyük dövlətimizin büdcəsindəki tullantıları, hətta bir qəpik də olsa, aradan qaldıraq," - deyə bildirib. 

Bu, Elon Musk-ın keçən ay X platformasında paylaşdığı bir yazıda qəpik zərb etmə (minting) xərclərinə diqqət çəkməsindən sonra, qeyri-rəsmi "Hökumətin Səmərəliliyi Departamenti"nin (Doge) ortaya çıxması ilə əlaqəlidir.

ABŞ-də qəpiklərin dəyəri və faydalılığı ilə bağlı müzakirələr uzun müddətdir davam edir. Tramp Truth Social-da paylaşımında bu barədə yazaraq, "Bu, tamamilə israfçılıqdır," - deyib.

ABŞ Sikkəxanasının 2024-cü il illik hesabatına görə, bir sentlik sikkənin hazırlanması və yayılması 3,69 sentə başa gəlir.

ABŞ hökumət rəsmiləri və Konqres üzvləri keçmişdə qəpiyi dayandırmağı təklif ediblər. Onu tənqid edənlər sink və misdən hazırlanan bu sikkənin həm pul, həm də resurs israfı olduğunu iddia edirlər. Bunun əksinə, tərəfdarları isə qəpiyin qiymətləri aşağı salmağa kömək etdiyini və xeyriyyə təşkilatları üçün vəsait toplamağı artırdığını bildirirlər. 

Digər ölkələr də oxşar sikkələri dövriyyədən çıxarıblar. Məsələn, Kanada 2012-ci ildə bir sentlik sikkənin istehsal xərclərinin yüksək olması və inflyasiya səbəbilə alıcılıq qabiliyyətinin azalması ilə əlaqədar olaraq dövriyyəni dayandırıb.

Nağd puldan istifadənin azalması səbəbindən Böyük Britaniya rəsmiləri alqı-satqı mübadiləsində kifayət qədər sikkə olduğuna qərar verdilər və nəticədə 2024-cü ildə yeni sikkə istehsal edilmədi.

Böyük Britaniya Xəzinədarlığı, 1p və ya 2p-lik sikkələrin hurdaya çıxarılmadığını, lakin daha çox insanın nağdsız həyat sürdüyünə görə, bir neçə ildir ki, 2p-lik sikkələr istehsal olunmur. 

Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov


Paylaş
Şərh əlavə et