Google-un CEO-su Sundar Pichai şirkətin gəlir hesabatı zamanı Axtarış sisteminin süni intellektlə (AI) daha çox əlaqəli olunacağını açıqlayıb. Onun sözlərinə görə, Google hazırda Axtarışı daha ağıllı və interaktiv hala gətirmək üçün süni intellekt üzərində daimi iş aparır.
Google-un süni intellekt strategiyasının əsas hissəsi AI icmallarıdır. Bu yenilik, milyardlarla istifadəçiyə məlumatın daha effektiv və dəqiq şəkildə təqdim olunmasını təmin edəcək. Pichai bildirib ki, süni intellekt insanların verə biləcəyi sorğuların miqyasını genişləndirəcək və 2025-ci il axtarış texnologiyalarında inqilabi dəyişikliklərin yaşanacağı bir il olacaq.
Şirkət süni intellekt xüsusiyyətlərini özünün tədqiqat laboratoriyası DeepMind vasitəsilə inkişaf etdirir. Yeni sistem ənənəvi axtarışdan fərqli olaraq, istifadəçilərin yerinə internetdə məlumat araşdıracaq, veb səhifələri analiz edəcək və daha dəqiq cavablar təqdim edəcək.
Bu dəyişiklik Google Axtarışını sadəcə bağlantılar verən bir platformadan çıxarıb, ağıllı bir süni intellekt köməkçisinə çevirmək məqsədi daşıyır.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə