İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etnada lava axını baş verib.İtaliya mətbuatında yer alan xəbərlərdə dünən axşam saatlarında Siciliya adasındakı təxminən 3300 metr yüksəklikdə olan vulkanın "Bocca Nuova (Yeni Ağız)" kraterinin cənub yamacında meydana gələn çatdan güclü lava axınının meydana gəldiyi bildirilib.
Bildirilib ki, son günlər vulkanda fasilələrlə kül püskürmə aktivliyi də müşahidə olunub.
2024-cü ilin yay aylarında Kontinental Avropanın ən yüksək aktiv vulkanı olan Etna dağında şiddətli kül və lava püskürməsi kimi vulkanik fəaliyyətlər qeydə alınıb.
Mənbə: Cnn türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva