Bu gün:

Namibiyanın ilk prezidenti 95 yaşında vəfat edib


Müstəqil Namibiyanın ilk prezidenti Sem Nujoma paytaxt Vindhukda 95 yaşında vəfat edib.

Nujoma 1960-cı illərdə Namibiyanın azadlıq hərəkatı olan Cənub-Qərbi Xalqlar Təşkilatının (Swapo) yaradılmasına kömək etdi. Daha sonra, 1990-cı ildə ölkənin Cənubi Afrikadan müstəqillik qazanması üçün uzun müddət mübarizəyə rəhbərlik edib. 

Müstəqillikdən sonra Nujoma 1990-cı ildə prezident oldu və 2005-ci ilə qədər ölkəyə rəhbərlik edib. 

Namibiyanın prezidenti Nangolo Mbumba, böyük kədər içində Nujomanın vəfatını elan edərək bildirib ki, o, son üç həftə ərzində sağala bilmədiyi bir xəstəlik səbəbindən xəstəxanada müalicə alırdı.

Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et