Bu gün:

Planetlərin düzülüşü nədir və onu nə vaxt görmək olar?


Bu ilin yanvar və fevral aylarında səmada planetlərin birlikdə görünə biləcəyi xüsusi baxış imkanları yaranır.

Planetlərin düzülüşü kimi tanınan bu hadisə sayəsində planetlər eyni anda səmada görünə bilir. Əslində, bu vəziyyət o qədər nadir olmasa da, səmaya baxanların birlikdə planetləri seyr etməsinə imkan yaradır.

NASA-nın açıqlamasına görə, bu, əslində, o qədər də fərqli hadisə deyil. Ancaq bu iki ay ərzində eyni anda dörd və ya beş parlaq planet görmək nadir hadisədir, çünki bu hər il baş vermir.

Yanvar ayı ərzində səmada Venera, Saturn, Yupiter və Mars planetlərini eyni vaxtda görmək mümkün idi. Bu vəziyyət fevral ayı boyunca davam edəcək.

Yanvarın 25-i şənbə gecəsi bir-birinə yaxın səmada Yupiter, Saturn, Venera, Mars, Uran və Neptun görünməyə başlayıb. Eynilə yanvarın 21-nə keçən gecə də bu altı planeti bir yerdə görmək mümkün olub.

Merkuri, Venera, Mars, Yupiter və Saturn Yerdən çılpaq gözlə görüləcək qədər parlaq olsa da, Uran və Neptunu görmək üçün teleskop lazımdır.

Fevralın 28-də hava şəraitinin uyğun olduğu zaman səmada Merkuri də daxil olmaqla yeddi planet görünəcək. Bu beş planet birdə 2040-cı ildə yenidən səmada birlikdə görünə bilər

Bu hadisə daha çox planetlərin düzülüşü kimi tanınsa da, planetlər, əslində, düzülmür. Çünki onların hamısı öz orbitləri və sürətləri ilə Günəş ətrafında fırlanır. Yalnız belə nadir hadisələrdə müxtəlif sürətlə fırlanan planetlər bir yerdə, təxminən Günəşin eyni tərəfində düzülmüş şəkildə görünə bilər.

NASA bildirir ki, planetlər həmişə səmada düzülmüş kimi görünür, ona görə də onu “massiv” adlandırmaq astronomiya baxımından düzgün deyil, lakin hər kəs bu vəziyyəti istədiyi kimi təsvir edə bilər.


Mənbə: BBC

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et