
ABŞ-ın Alyaska ştatında müəmmalı şəkildə yoxa çıxan təyyarənin qalıqları tapılıb. Doqquz sərnişin və bir pilotun olduğu təyyarədən sağ qalan olmayıb.
ABŞ-ın Alyaska əyalətində dünən göyərtəsində 10 nəfərin olduğu Unalakleet-Nome hava limanına qalxdıqdan qısa müddət sonra radarlardan itən Bering Air şirkətinə məxsus Cessna 208B Grand Caravan tipli kiçik sərnişin təyyarəsinin qalıqları tapılıb.
ABŞ Sahil Mühafizəsi açıqlamasında təyyarənin qəzaya uğradığını və onun qalıqlarının Nome yaxınlığında tapıldığını bildirib.
Təyyarədə olan 10 nəfərdən 3-nün cansız cəsədinin tapıldığı bildirilib. Təyyarədə digər 7 nəfərin də olduğu bildirildi, lakin hələlik onlarla əlaqə yaradılmayıb.
ABŞ Nəqliyyat naziri Şon Daffi də sosial media hesabında təyyarədə olan 10 nəfərin həyatını itirdiyini paylaşıb.
Dəhşətli qəza ABŞ-da bir həftə ərzində üçüncü aviasiya fəlakəti kimi qeydə alınıb.
Mənbə:NTV
Tərcümə etdi:Səma İsmayılova
